11 mart ilə nə qazandıq?

dünya üzərində heç kim tunisdə göy-göyərti küçə satıcısının özünü yandırması ilə başlayan qıvılcımın bu qədər həngamə qoparacağını təxmin edəbilməzdi. ondan öncə elə bu həngamə ümidiylə minlərcə insan, minlərcə yürüyüş, minlərcə nümayiş edir ancaq döyülməklə qalırdılar. indi əli novruzov deyir ki, mən bilirdim siz sadəcə döyülüb, söyülməklə qalacaqsınız getməyin demişdim sizə. bəlkə də əli haqlı çıxacaq. gələcək aylar, illər göstərəcək bunu; 11 mart gərəkliydi yoxsa yox. amma bütün bu olanları sadəcə avantyura, mənasız serüvən adlanqırmaq çoxu avropada bir neçə azərbaycanlının çağırışı ilə başayıb, sonra bakıda, sumqayıtda özlərini təhlükəyə ataraq vərəqələr yayanların, ondan sonra intenetdə qızğın mübahisələr aparanların, xəbər salanların hamısının ağlından, ürəyindən şübhə etməkdir. avantryura, öz dilimizlə desək sərgüzəşt, maceraya atılmaq təbii ki, hər təhlükəli işin bir parçasıdır. inqilabın özü ən böyük maceradır. serüvəndən ötə onlarca gənc öz ağlı, öz duyğusu ilə oraya gedib, gələcəyi dəyişdirmək ümidlə oraya çıxıb. olsa olsa bəlkə buna təxribat demək olar ki, nə ilkin cağırışçıların, nə də bu çağrışa səslənənlərin təxribat törətmək səylərini görə bilmirəm mən.

Bakı, 11 mart 2011. Hökümətə qarşı yürüyüş. foto: Abbas Atilay

bəs yaxşı nə qazandıq, nə itirdik? NDİlər bağlandı, insan hüquqları evi bağlandı. bunlar itirdiklərimiz. onlarca insan içəri atıldı, söyüldü, döyüldü. qazandıqlarımız iki şəkil, üç dörd günlük çayxanalarda söhbətin çox ötəsindədir. indiyə qədər gəncliyin, hantal axcp-müsavat klassik müxalifətin xaricində bir qrubun bu qədər səs gətirən, özünü göstərməsini xatırlıyırsınız mı? mən xatırlamıram. azərbaycandan 16 ildir uzaqdayam bəlkə olub mənim xəbərim olmayıb. ən azından bu qədər uzağa gəlib çatanı olmayıb demək ki.

səs gətirmək 11 martın ən böyük başarısı deyildir. məncə 11 martın ən önəmli göstərdiyi iki şey var. hökümətin təşkilatsız, özü özünə təşkilatlanan görünürdə bu qədər kiçik bir şeydən necə qorxduğunu gördük. niyə qorxur? nə qədər rüşvət yediyini özü çox gözəl bilir çünkü. bunu bilmirdik? sabitlik nağıllarına inanan milyonlar var. əli cibində nümayişə çıxan deyil, özünə inamla yürüyən müxalifin bir anda hər yeri alovlanıdrması an məsələsidir.

insanlar nələr eləyəbiləcəyini göstərdilər. azərbaycan insanının, özəlində gəncliyin heç də qorxaq, apolitik olmadığını göstərdi bizə, özünə, özümüzə. bəlkə də 11 mart həqiqətən sonun ən güclü başlanğıclarından biri olacaq. zaman göstərəcək. sadəcə bu şəkil belə; qolqola yeriyən qadınlı kişili, qızlı oğlanlı marş özü özlüyündə insana böyük vüsət verir. bir gün hamımızın qolqola yeriyəbiləcəyimiz günlərin gəlmə ehtimalı olduğunun analoqu olmayan ifadəsidir.

11 mart gənclərin itlərdən qorxmayacaq qədər nifrətinin böyüdüyünü bizə, dünyaya ən önəmlisi də özü özünə göstərdi. burda yazmaq asandır. oraya çıxmaq isə  başqa məsələdir. hər kəsin nə qədər ciddi olduğunu sübut edir. nə qədər bezdiyini artıq. budur ən önəmlisi.

uzaqdan oturub azərbaycanda olanlara ahkam kəsməyə gəlincə. doğrudur, bu qədər uzaqdan danışmaq asandır. türk demişkən, karnım tok altım kuru. bəlkə də həqiqətən qorxağam. qarşımda əliyev dubinkalarını görüncə qaçıb evimə girəcəm. bilmirəm, bir gün elə birşey olunca mən özüm də görəcəm nə qədər qorxmaz olduğumu. kimin nə qədər ağıllı, nə qədər uzaq görən, nə qədər qorxmaz olduğu deyil, ideyalarını toqquşması önəmlidir. arqumentlər döyüşsün, şəxsi xarakterləri kağız üstündə müzakirə eləmək mənasızdır. şəxsiyyətləri irdələmək sadəcə kişisəl münaqişələrlə sonuçlanacaq, oysa insanların ideyalara ehtiyacı var. reallığın içinə bu qədər qərq olmaq da ancaq praqmatizmə gətirib çıxarır.

Araz Zeynisoy, Mart 12, Almaniya

 



Advertisements

2 thoughts on “11 mart ilə nə qazandıq?

  1. Nəsə Əliyə cavab verənlərin əksəriyyəti xaricdə yaşayanlardır. Onun fikirlərini daha yaxşı başa düşmək bu mühitdə yaşamaq lazımdır. Ümid edirəm hər şey gözlənildiyi kimi qorxunc olmaz.

    Oradan necə görünür bilmirəm amma şəhərdə olan biri kimi deyə bilərəm ki, burda iştirakçı sayı polis+press sayından az idi.

    1. xaricdəkilər özlərini çox ağıllı sanırlar yəqin ondan. yada işləri gücləri yoxdu bəlkə də.

      uzaqdan baxmaq da yaxından baxmaq qədər önəmlidir.

      yüz minlik nümayişlər 10 lar 20 lərlə başlayır. nümayişçilərin sayısı az idi. tərsini söyləmirəm. ama səsi çox oldu.

      əcnəbidən sevgilər

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s